logo

Gürcüstanın Qara dəniz sahillərində qasırğa barədə xəbərdarlıq edilib

14:59 02-11-2019 | icon 2590
Gürcüstanın Qara dəniz sahillərində qasırğa barədə xəbərdarlıq edilib

Gürcüstan ərazisindəki əlverişsiz hava şəraiti, güclü külək, yağış və qar ciddi problemlər yaradıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Qara dəniz sahillərində 4-5 bal gücündə qasırğa olacaq. Sahil boyu qırmızı fənərlər yandırılıb.

Turistlərə dənizdən bir qədər uzaq dayanmaq tövsiyə olunur.

Bu gün və sabah ölkə ərazisində güclü yağış və qar yağacağı gözlənilir, güclü külək əsəcək.

Eyni zamanda, çaylarda suyun səviyyəsinin artacağı, torpaq sürüşməsi və qar uçqunu barədə də əhaliyə xəbərdarlıq olunub.

Məlumat üçün qeyd edək ki, güclü qar yağması səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolu, eləcə də ölkə daxili bəzi yollar bağlanıb.