logo

Zərif: İran xalqı hədə-qorxunun qarşısında boyun əyməyəcək

14:30 02-11-2019 | icon 2457
Zərif: İran xalqı hədə-qorxunun qarşısında boyun əyməyəcək

ABŞ İranda yaşayan bütün kişilərə, qadınlara və uşaqlara da sanksiya tətbiq etsə, heç nəyə nail ola bilməyəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərkən deyib.

Yeni sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif bəyan edib ki, İran xalqı zorun və hədə-qorxunun qarşısında heç vaxt boyun əyməyəcək.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi İranın tikinti sahəsinə də sanksiyalar tətbiq edib.