logo

Əfqanıstanda partlayış 9 uşağın həyatına son qoyub

13:10 02-11-2019 | icon 2408
Əfqanıstanda partlayış 9 uşağın həyatına son qoyub

Əfqanıstanın şimal şərqində baş verən partlayış nəticəsində azı 9 məktəbli həlak olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, insident Tahar əyalətində qeydə alınıb.

Partlayışın uşaqların məktəbə getdiyi vaxt baş verdiyi bildirilir.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.