logo

Yağışlı havaya görə yol polisi gücləndirilmiş iş rejiminə keçib

11:12 02-11-2019 | icon 2485
Yağışlı havaya görə yol polisi gücləndirilmiş iş rejiminə keçib

Yağışlı hava şəraiti ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində xidmət aparır.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, faktiki hava şəraiti ilə əlaqədar yol polisi küçə və prospektlərdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib, paytaxtda enişli-yoxuşlu yolları, sərt döngələri nəzarətə götürüb: “Bəzi yollarda işıqforun işləməməsi halları qeydə alınıb. Ona görə də bu, sürücüləri və digər hərəkət iştirakçılarını çaşdırmasın. Həmin ərazilərdə, yəni, işıqforla tənzimlənən yolayrıcılarında işıqfor işləmirsə, onda sürücülər qoyulan yol nişanlarının tələblərinə uyğun hərəkət etməyə üstünlük versinlər. Əgər bu nişanlar da yoxdursa, onda sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə tam şərait yaratmaqla hərəkəti davam etdirsinlər. Yağışlı hava şəraitində vacib şərtlərdən biri də odur ki, sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirməlidir. Yəni, hərəkət etdiyi istiqamətdə qarşıdan sağa və ya sola manevr edəcəksə, onda həmin zolağı əvvəlcədən tutmalıdır”.