logo

Bakıda VI "Bayraq Festivalı" keçiriləcək

10:58 02-11-2019 | icon 2345
Bakıda VI "Bayraq Festivalı" keçiriləcək

Noyabrın 4-də “Hilton” otelində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş VI "Bayraq Festivalı” keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan festivalda dövlət qurumlarının, deputatların, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələrinin, tələbələrin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulur.

Festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır.