logo

Güclü qar səbəbindən Gürcüstan-Rusiya avtomagistralı bağlandı

10:17 02-11-2019 | icon 2625
Güclü qar səbəbindən Gürcüstan-Rusiya avtomagistralı bağlandı

Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib. Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb. Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.