logo

"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

22:17 01-11-2019 | icon 2758
"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

 YeniAvropa xəbər verir  ki,həftənin açılış oyununda turnir cədvəlində ikinci pillədə qərarlaşan "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb.

Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.

Qeyd edək ki, bu tur çərçivəsində sabah "Səbail" - "Keşlə" görüşü keçiriləcək.  Bazar günü isə "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" qarşılaşmaları olacaq.