logo

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfərə gəlir

21:50 01-11-2019 | icon 2590
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfərə gəlir

Noyabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfərə gələcək.

YeniAvropa xəbər verir  ki, bu barədə ” “Novosti Armeniya” Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyana istinadla məlumat yayıb.

Onun sözlərinə görə, ikigünlük səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri geniş müzakirə ediləcək: “Sergey Lavrovun səfəri  rəsmi xarakter daşıyır.  Səfər çərçivəsində müxtəlif platformada, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında əməkdaşlığa dair məsələləri müzakirə edəcəyik”.

Z.Mnatsakanyan daha sonra bildirib ki, səfər çərçivəsində,həmçinin, Pentaqonun maliyyə vəsaiti hesabına qurulan biolaboratoriyaya dair ikitərəfli memorandum imzalanacaq. Belə ki, sözügedən sənədə əsasən, müəssisə rusiyalı mütəxəssislər üçün açıq olacaq: "Ermənistandakı biolaboratoriya məsələsinə danışıqların yekunundan sonra baxılacaq".