logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

21:10 01-11-2019 | icon 2149
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 2-3-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən  YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 3-də gündüz hava əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18°, dağlıq rayonlarda 6-9° isti olacaq.

Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 15-18°, dağlıq rayonlarda 7-10° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 15-19° isti olacağı bildirilir.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturunun 15-18° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 13-18° isti olacağı ehtimalı var.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15° isti olacağı gözlənilir.