logo

Cüdoçumuz Avropa çempionatının finalına yüksəlib

18:22 01-11-2019 | icon 2842
Cüdoçumuz Avropa çempionatının finalına yüksəlib

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçuların Avropa çempionatına start verilib.

YeniAvropa xəbər verir  ki, qitə çempionatında 9 cüdoçumuz - Balabəy Ağayev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Elçin Hüseynov, Nurlan Osmanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hasil Cəfərov (81 kq), Aliumar Tumayev (90 kq), Aslan Mirzəyev (100 kq), Yusif İmranov (100 kq-dan yuxarı) mübarizə aparır.

Yarışın birinci günündə 4 cüdoçumuz gücünü sınayır. Onlardan Nurlan Osmanov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı idmançı Murad Çopanov olacaq.

Yarışda 32 ölkədən 250-yə yaxın idmançı mübarizə aparır.