Sabah Abşeron yarımadasında güclü külək əsəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 metr/saniyə təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Fasilələrlə yağış yağacaq.