logo

Oqtay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

15:59 01-11-2019 | icon 2310
Oqtay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Oktyabrın 29-da paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçənkən “Hyundai Accent” markalı avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Güləliyevin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin bu gün yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki,  saat 12 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblə.

““City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır”, - deyə məlumatda qeyd edilib.