logo

Türkiyə və Rusiyanın baş qərargah rəisləri Suriyadakı vəziyyəti müzakirə edib

14:50 01-11-2019 | icon 2422
Türkiyə və Rusiyanın baş qərargah rəisləri Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə Silahlı Qüvvələrinin qərargah rəisi general Yaşar Gülər rusiyalı həmkarı ordu generalı Valeri Gerasimov ilə telefon danışıqları aparıb.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlarda Suriyada hadisələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, noyabrın 1-də Türkiyə və Rusiya hərbçilərinin Suriyada birgə patrul xidmətinə başlayıblar.

Xatırladaq ki, oktyabrın 22-də Ankara və Moskva arasında Suriya ilə bağlı memorandum imzalanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqləyiblər.

Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasındakı “Sülh çeşməsi” əməliyyatı rayonunda sərhəddən 32 kilometr məsafədə status-kvo vəziyyəti saxlanılacaq. Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonada Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr geri çəkilməsinə yardım etməlidir. Qamışlı şəhəri istisna olmaqla, sərhədin on kilometr dərinliyində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlamalıdır.