logo

Antalyada İƏT xarici işlər nazirlərinin zirvə görüşü keçiriləcək

13:55 01-11-2019 | icon 2443
Antalyada İƏT xarici işlər nazirlərinin zirvə görüşü keçiriləcək

Noyabrın 8-9-da Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin xarici işlər nazirlərinin zirvə görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki,zirvə görüşünə hazırlıq məqsədi ilə bu gün Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təmsilçilərinin iştirakı ilə iclas keçirilib.

İclasda Antalyada keçiriləcək xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq məsələlər və qəbul ediləcək birgə deklarasiya nəzərdən keçirilib.

İclasda Azərbaycanı ölkəmizin İrandakı səfirliyinin müşaviri Cavid Musayev təmsil edib.