logo

Moskvada X Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

12:09 01-11-2019 | icon 2576
Moskvada X Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Noyabrın 22–23-də Moskvada X Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə “Roskonqress” Fondundan məlumat verilib.Bildirilib ki, tədbir “Roskonqress” Fondunun dəstəyi və  Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə təşkil ediləcək.

Qeyd edilib ki, Rusiya-Azərbaycan regionlararası forumu dialoq üçün unikal məkandır. Forumun işgüzar proqramını noyabrın 22-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar. Proqramda – Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş tərkibdə iclası, həmçinin nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sfera kimi sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə dörd dəyirmi masa keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ildə keçirilmiş forumda Rusiyanın və Azərbaycanın dövlət hakimiyyət orqanlarını, ictimai təşkilatları, işgüzar dairələri, təhsil və elm müəssisələrini, həmçinin KİV-ləri təmsil edən mindən çox nümayəndə iştirak edirdi. Həmin tədbir çərçivəsində 17 saziş imzalanıb.