logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

11:28 01-11-2019 | icon 2345
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 17 cinayət hadisəsinin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.