logo

İstanbulda TÜRKPA-nın seminarı keçirilib

21:31 31-10-2019 | icon 245
İstanbulda TÜRKPA-nın seminarı keçirilib

İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) milli qanunvericiliklərin uyğunlaşdırılmasına dair IV seminarı keçirilib.

 YeniAvropa  xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin, Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın parlamentlərinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbərləri iştirak ediblər.

Seminarda müvafiq qurumlar tərəfindən təqdim edilən türk dünyası qeyri-maddi mədəni irsinin qorunması və turizmə dair layihələr müzakirə olunub.

Tədbir sessiyalarla davam etdirilib.