logo

NATO 13 üzv dövlətin iştirakı ilə dənizdə yeni elektron müdafiə sistemini sınaqdan keçirir

20:58 31-10-2019 | icon 2702
NATO 13 üzv dövlətin iştirakı ilə dənizdə yeni elektron müdafiə sistemini sınaqdan keçirir

NATO Birləşmiş Krallığın cənub sahillərində 13 üzv dövlətin iştirakı ilə dəniz təlimlərində elektronika müdafiə sistemini sınaqdan keçirir. 

 YeniAvropa  Şimali Atlantika alyansının saytına istinadla xəbər verir ki, hava və raket hücumlarından müdafiə üzrə bu sınaqlar bir həftə davam edəcək.

Alyansın bəyanatında qeyd olunur ki, NEMO adlanan altıgünlük Dəniz Elektron Maqnetik Əməliyyatı müttəfiq ölkələrin dəni qüvvələrinin gəmilərinin hava hücumundan müdafiəsi və hipersonik raketlərin istifadəsi zamanı yüksək elektron sistemlərin fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır. NATO-nun sözçüsü Oana Lungesku bildirib ki, bu, alyansın ən böyük dəniz elektron təlimidir və müttəfiq ölkələrin dəniz qüvvələrinə qarşı hücumlara qarşı yeni etibarlı müdafiə sisteminin nümayişdir. Onun sözlərinə görə, NEMO çərçivəsində infraqırmızı və radar qurğularının köməyi ilə potensial düşmənin gəmilərə raket hücumu zamanı radarlardan və raketlərdən qorunması üzrə əməliyyatlar yerinə yetiriləcək. Bundan başqa, təlimdə iştirak edən ölkələrin gəmiləri arasında taktiki məlumat mübadiləsi də həyata keçiriləcək.

NATO rəsmisi əlavə edib ki, yeni sistem vasitəsilə dünyanın hər hansı nöqtəsində gəmilərə qarşı raketləri aşkar etmək və onları yayındırmaq daha asan olacaq.

NEMO sınaqlarında Belçika, Kanada, Türkiyə, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Portuqaliya, İspaniya, Böyük Britaniya və ABŞ hərbçiləri, 6 gəmi, 8 hərbi gəmi, 1500 nəfərlik şəxsi heyət iştirak edirlər.