logo

Yens Stoltenberq: Ukraynanın NATO üzvlüyünə gedən yolu asan deyil

18:30 31-10-2019 | icon 2513
Yens Stoltenberq: Ukraynanın NATO üzvlüyünə gedən yolu asan deyil

Ukraynada ötən il qəbul edilmiş, Ali Radanın müdafiə sahəsinə nəzarəti və Ukrayna Təhlükəsizlik Xidmətində islahatların aparılmasını nəzərdə tutan milli təhlükəsizlik haqqında qanun tətbiq olunmalıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri Ali Radada çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq söyləyib.

"Yeni seçilmiş parlamentin Ukraynanı daha yaxşı tərəfə dəyişdirmək üçün tarixi bir fürsəti var. Hamınız artıq güclü bir sıçrayış etdiniz. Milli Təhlükəsizlik haqqında qanunun tələblərinə uyğun olaraq təhlükəsizlik orqanları və müdafiəsi üzərində parlament nəzarətini, habelə Ukrayna Təhlükəsizlik Xidmətində islahatları gözləyirəm", - deyə Alyansın baş katibi əlavə edib.

Onun sözlərinə görə, NATO Ukraynaya qanunun aliliyini və azlıqların hüquqlarını təmin etmək üçün Alyansın prinsiplərinin və ən yaxşı təcrübələrin tətbiqində, korrupsiyaya qarşı mübarizədə, ictimai həyatın bütün sahələrinin açıq və şəffaf olmasında, dövlət qurumlarının xalqa daha yaxşı xidmət etməsində kömək göstərməyə hazırdır.

Y.Stoltenberq Ukraynanın suveren bir dövlət olaraq öz təhlükəsizlik sistemlərini seçmək hüququna sahib olduğunu vurğulayıb və NATO qapılarının açıq qalacağına əminliyini bildirib. Bununla yanaşı, baş katib NATO üzvlüyünə gedən yolun asan olmadığını və islahatların həyata keçirilməsinin vacibliyini qeyd edib.