logo

Qoqiçaişvili Bakıda 12 evdən pul və qızıl əşyalar oğurladı 

17:31 31-10-2019 | icon 2415
Qoqiçaişvili Bakıda 12 evdən pul və qızıl əşyalar oğurladı 

Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili Baş Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, D.Qoqiçaişvilinin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsinin 35-ci və 36-cı polis bölmələri əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 8 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.