logo

Yevlax şəhər İcra Hakimiyyətinə yeni rəhbər təyin edilib

16:09 31-10-2019 | icon 2156
Yevlax şəhər İcra Hakimiyyətinə yeni rəhbər təyin edilib

 

Prezident İlham Əliev oktyabrın 31-də Yevlax şəhərinə yeni icra başçısı təyin edilməsi haqda sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla Anar Aqil oğlu Tağıyev Yevlax şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Prezidentin imzaladığı digər bir sərəncamla isə Qoca Çərkəz oğlu Səmədov Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.