logo

Ağstafada 2 nəfər güllələnib

15:13 31-10-2019 | icon 2226
Ağstafada 2 nəfər güllələnib

Ağstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib.

 YeniAvropa xəbər verir  ki,hadisə rayonun Köçəsgər kəndində baş verib. 

Kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov əmisi Q.Məmmədovu və onun dostu Y.Əlləcovu odlu silahdan açdığı atəş nəticəsində yaralayıb.

Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.