logo

Ərdoğanın noyabrın 13-də ABŞ-a səfəri hələlik sual altındadır

17:59 30-10-2019 | icon 2646
Ərdoğanın noyabrın 13-də ABŞ-a səfəri hələlik sual altındadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a planlaşdırılan səfəri barədə yekun qərar qəbul etmədiyini deyib.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri Birləşmiş Ştatlara səfərinin hələlik sual altında olduğunu bildirib.

Xatırladaq ki, ötən həftə Rəcəb Tayyib Ərdoğan prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də ABŞ-a səfər etmək niyyətində olduğunu demişdi.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Ankara ABŞ Konqresinin Nümayəndələr Palatasının uydurma erməni soyqırımı və Türkiyəyə qarşı sanksiyalar barədə qərarının iki ölkənin strateji münasibətlərinə zidd olduğunu və bu münasibətlərə zərbə vurduğunu bildirib.