logo

Sabah Bakıda yağış yağacaq, 18° isti olacaq

13:32 30-10-2019 | icon 2156
Sabah Bakıda yağış yağacaq, 18° isti olacaq

Ölkə ərazisində oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14°, gündüz 15-18° isti, Bakıda gecə 12-14°, gündüz 16-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 8-11° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.