logo

16 il həbsdə olan şəxs yenidən cinayət törədib

12:29 30-10-2019 | icon 2359
16 il həbsdə olan şəxs yenidən cinayət törədib

Quba rayon Polis Şöbəsinə (RPŞ) oktyabrın 28-i axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilən kəsilmiş-deşilmiş xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini Firudin İskəndərov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Xatırladaq ki, F.İskəndərov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunub.