logo

Güləşçimiz Turan Bayramov dünya çempionu olub

20:58 29-10-2019 | icon 245
Güləşçimiz Turan Bayramov dünya çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatında  Azərbaycan güləşçisi Turan Bayramov dünya çempionu olub.

 YeniAvropa xəbər verir ki, çempionatda 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov səkkizdəbir finalda kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.