logo

Hafiz Paşayev Xİ naziri müavini vəzifəsindən azad olunması üçün prezidentə müraciət etdi

20:31 29-10-2019 | icon 2646
Hafiz Paşayev Xİ naziri müavini vəzifəsindən azad olunması üçün prezidentə müraciət etdi

Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevə ərizə ilə müraciət edərək nazir müavini vəzifəsindən azad olunmasını xahiş edib.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, Hafiz Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. Hafiz Paşayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda aparılan islahatların səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və gənc kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Məlumatda deyilir ki, Hafiz Paşayev ADA Universitetinin rektoru vəzifəsini və Universitetin XİN-in nəzdində olduğunu nəzərə alaraq, nazirliyin Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu il Hafiz Paşayevin 78 yaşı tamam olub.O, birinci xanım Mehriban Əliyevanın əmisidir.