Bakıda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü qeyd edilib
Oktyabrın 29-da Bakıda "Boulvard hotel"də Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan ziyafətdə Azərbaycanın dövlət rəsmiləri, Milli Məclis üzvləri, Bakıda akkreditə olunan xarici ölkələrin diplomatları, hər iki ölkədən olan iş adamları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə canlı ifada hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq.
Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir.
Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənədin imzalandığını, 27 sənədin baxılma mərhələsində olduğunu bildirən O.Əsədov deyib: “Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir. Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında ticarət əlaqələri artıq 3 milyard 300 milyon dolları ötüb. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən “Star” neft emalı zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub”.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub