logo

Cənubi Koreya prezidentinin anası 92 yaşında vəfat edib

16:20 29-10-2019 | icon 2429
Cənubi Koreya prezidentinin anası 92 yaşında vəfat edib

Cənubi Koreyanın prezidenti Mun Ce-inin anası Kanq Han-ok uzun sürən xəstəlikdən 92 yaşında vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə prezident Ofisi məlumat yayıb. Bildirilib ki, xanım Kanq Han-ok Busan şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Məlumatda bildirilib ki, Cənubi Koreya dövlət başçısının anası bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyi son günlər xeyli ağırlaşan xanım Kanq Han-ok həkim nəzarətində olub. Məlumata əsasən, Mun Ce-in anasının dəfn mərasimini onun vəsiyyətinə uyğun olaraq sadə şəkildə keçirməyi planlaşdırıb.

Xatırladaq ki, prezident Mun Ce-inin valideynləri hazırda Şimali Koreyaya aid olan Hınnam şəhərində doğulublar. Onlar 1950-ci ildə qaçqın kimi cənuba keçiblər. Dövlət başçısının atası 1978-ci ildə vəfat edib.