logo

Rusiyanın müdafiə naziri Bakıya Ermənistandan gələcək

14:10 29-10-2019 | icon 2464
Rusiyanın müdafiə naziri Bakıya Ermənistandan gələcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir günlük işgüzar səfərlə Ermənistana gəlib.

YeniAvropa xəbər verir  ki, bu barədə xəbəri “Novosti Armeniya” yayıb.

Məlumatda qeyd edilib ki, rusiyalı nazirin səfəri Gümrüdən başlayıb. Müdafiə naziri Rusiyanın 102-ci bazasında olacaq, muzeyə və pravoslav kilsəsinə baş çəkəcək və gənc hərbçilərlə görüşəcək.

Daha sonra Sergey Şoyqu Yerevana gedəcək. Ermənistan paytaxtında baş nazir Nikol Paşinyan onu qəbul edəcək. Bununla yanaşı, S.Şoyqunun Ermənistanın müdafiə naziri David Tonoyan ilə də görüşü olacaq.

Xatırladaq ki, oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunacaq.