logo

Bakıda incəsənət əsərlərinin auksionu keçiriləcək

12:29 29-10-2019 | icon 371
Bakıda incəsənət əsərlərinin auksionu keçiriləcək

Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə noyabrın 7-də “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə reallaşacaq. Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur. Alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparacaqlar. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyeva “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, “Payızda-Yaz”, Namiq Məmmədov “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əli “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsəri hərraca çıxarılacaq. Auksionda iştirak etmək üçün dəvətnamə tələb olunur. Media nümayəndələri üçün giriş sərbəstdir.

Xatırladaq ki, bu ilin may ayının 21-də “Auction Baku” MMC tərəfindən Azərbaycanda ilk dəfə keçirilən auksion ictimaiyyətdə böyük maraq yaradaraq Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınmaqla