logo

Bu gün bəzi rayonlarda qaz olmayacaq

10:58 29-10-2019 | icon 2562
Bu gün bəzi rayonlarda qaz olmayacaq

Oktyabrın 29-da Zaqatala rayonunun Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 millimetrlik orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq. Kürdəmir rayonunda isə diametri 219 millimetr olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək. Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün həmçinin, saat 09:00-dan 18:00-dək “Xoşçobanlı” və “Qaraqaşlı” daşıyıcı qaz kəmərləri üzərində qaz tənzimləyici qurğuların quraşdırılması ilə bağlı İmişli rayonunun bir neçə kəndində qaz təminatında fasilələr olacaq. Saat 10:00-dan isə qaz sızmalarının ləğvi, qaz xətlərinin mənbəyə birləşdirilməsi işlərinə görə Sabunçu və Samux rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.