Azərbaycan Fransaya nota verdi
Oktyabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla xarici işlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.
Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.
Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumlarının Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etməsi fonunda bu cür “birgə bəyannamə”nin imzalanması həm də Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.
Xatırladaq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, Ərazi Vahidləri Ümumi Məcəlləsinin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.
Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəçilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.
Fransa səfirinin diqqəti bu arzuolunmayan tendensiyalara yönəldilərək, ondan ölkəsinin Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.
Səfir Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana səfər proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ