logo

İlham Əliyev Qəbələdə mənzil tikintisinə 3 milyon manat ayırdı

15:47 28-10-2019 | icon 2296
İlham Əliyev Qəbələdə mənzil tikintisinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın".