logo

Ermənistan MDB Müdafiə Nazirləri Şurasının Bakı görüşünə qatırmır?

12:50 28-10-2019 | icon 224
Ermənistan MDB Müdafiə Nazirləri Şurasının Bakı görüşünə qatırmır?

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, tədbirdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunacaq.