logo

Xaçmazda avtomobil “Xan arxı”na  düşüb

10:52 28-10-2019 | icon 3710
Xaçmazda avtomobil “Xan arxı”na  düşüb

Xaçmaz rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  “VAZ 2109” markalı minik avtomobili gecə saatlarında rayonun Çılğır kəndi yaxınlığında “Xan arxı” kanalına düşüb. Beton kanalın divarına çırpılan avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü İsgəndrov Ceyhun Rasim oğlu ağır xəsarətlər alıb.

Təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.