Oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Venesuela prezidenti Nikolas Maduro Bakının Dənizkənarı Milli Parkında olub.
YeniAvropa xəbər verir ki, bu barədə Venesuela prezidenti özünün "Twitter" səhifəsində paylaşım edib.
O, sammitin uğurla keçdiyini və Venesuelaya qayıdaraq yeni qələbələr uğrunda çalışmağa hazır olduğunu bildirib.