logo

Tallinn “Avropanın yaşıl paytaxtı” adına iddialıdır

16:47 27-10-2019 | icon 2520
Tallinn “Avropanın yaşıl paytaxtı” adına iddialıdır

Estoniyanın paytaxtı 2022-ci il üçün Avropanın ən yaşıl şəhəri olmaq üçün namizədliyini irəli sürüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, “Avropanın yaşıl paytaxtı” adını almaq üçün Tallinn rəhbərliyi artıq lazımi sənədləri imzalayaraq Avropa Komissiyasına təqdim edib.

Namizədlərin seçimi 12 meyar üzrə aparılır. Bunların arasında havanın təmizliyi, yaşıllıqların sahəsi, səs-küyün azlığı, tullantılar və sairə var.