Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurası yaradılıb
Budapeştdə Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib
YeniAvropa xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şərqi Avropada yaşayan və təhsil alan çoxsaylı soydaşlarımız iştirak ediblər.
Toplantı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri açan səfir V.Quliyev Şərqi Avropada yaşayan azərbaycanlıların fəaliyyətindən danışaraq, soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib və nümayəndə heyətinin Macarıstana səfərinin səmərəli keçdiyini vurğulayıb. Diplomat deyib ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın tanıdılmasında böyük rol oynayırlar, amma bu prosesin daha da gücləndirilməsinə ehtiyac duyulduğundan toplantıların keçirilməsinin, Koordinasiya şuralarının təsis edilməsinin faydalı olacağına inanır.
Komitə sədri çıxışı zamanı dövlətiin diaspor siyasətindən, dünya azərbaycanlılarının təşkilatlanma imkanlarından danışıb. Soydaşlarımızla bu cür açıq müzakirələrə ehtiyacın olduğunu vurğulayan F.Muradov bildirib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin müstəqilliyinin qorunması, dünyada tanıdılması, azərbaycançılığın yaşadılması istiqamətində çalışmalıdır. Bu baxımdan Şərqi Avropada yaşayan azərbaycanlıların intellektual potensialının yüksək olduğu vurğulanıb.
F.Muradov toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Macarıstanda Azərbaycan evinin açılması nəzərdə tutulur və hazırda bununla bağlı müzakirələr aparılır.
Toplantıda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Diaspor gənclərinin II Yay Düşərgəsi zamanı keçirilmiş inşa müsabiqəsinin qalibi, hazırda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Lalə Zeynalovaya Dövlət Komitəsi adından hədiyyə təqdim olunub. Daha sonra Koordinasiya Şurası təsis olunub və əlaqələndiricilər seçilib.
Koordinasiya Şurasının fəaliyyət isiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, soydaşlarımızın problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub