logo

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin gümüş medal qazanıb

19:36 26-10-2019 | icon 301
Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin gümüş medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.

 YeniAvropa xəbər verir ki, turnirdə 100 kq çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Çoya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) turnirdə gümüş medal qazanıb.