logo

Güclü yağışlar 10 nəfərin ölümünə səbəb olub

14:59 26-10-2019 | icon 2506
Güclü yağışlar 10 nəfərin ölümünə səbəb olub

Yaponiyanın şərqinə oktyabrın 25-də yağan güclü yağışlar nəticəsində 10 nəfər həlak olub, bir nəfər itkin düşüb.

 YeniAvropa  yerli KİV-lərə istinadla xəbər verir ki, üç nəfərin torpaq sürüşməsi, iki nəfərin isə çayların daşması nəticəsində həlak olduğu bildirilir. Daha üç nəfərin meyiti su altında qalmış avtomobildə aşkar edilib. Fukuşima prefekturasında da bir nəfərin həlak olduğu bildirilir.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə qərargahın iclasında çıxış edən Baş Nazir Şinzo Abe bildirib ki, hökumət insanların həyatını xilas etmək üçün mümkün olan hər şeyi edəcək.

Xatırladaq ki, cümə günü Çiba prefekturasına aylıq norma miqdarında yağış yağıb. Yeddi çay məcrasından çıxıb, 50 mindən çox sakin təxliyə olunub. Çoxsaylı torpaq sürüşmələri barədə məlumatlar daxil olmaqdadır.