logo

Türkiyə Rusiyadan "SU-35" döyüş təyyarələri alır

20:59 25-10-2019 | icon 301
Türkiyə Rusiyadan "SU-35" döyüş təyyarələri alır

Rəsmi Ankara və Moskva Türkiyəyə "SU-35" döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, həmin təyyarələrə aid bəzi hissələrin Türkiyədə istehsalına da başlanılacağı gözlənilir.

Qeyd edək ki, bu ayın 22-də Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şurasının sədri Dmitriy Şuqayev Türkiyə tərəfinə "SU-35" və "SU-37" döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanmasından söhbət açmağın tez olduğunu, sadəcə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.

Xatırladır ki, Türkiyə tərəfinin Rusiyadan qırıcı təyyarələr idxal edə biləcəyi bu ilin 27 avqust tarixində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya səfərindən sonra gündəmə gəlib. Belə ki, rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS-2019" təyyarə sərgisinə baş çəkən Ərdoğan “Sukhoi” seriyalı döyüş təyyarələrinə xeyli maraq göstərib, daha sonra ABŞ istehsalı "F-35"lərin əvəzinə Rusiyadan "SU-35" və "SU-37"ləri idxal edəcəklərini istisna etməyib.