logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

20:21 25-10-2019 | icon 2261
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 26-27-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22°, dağlıq rayonlarda 12-16° isti olacaq.

Lənkəran-Astara bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 18-23°, dağlıq rayonlarda 10-15° isti olacağı bildirilir.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 18-23° isti olacağı ehtimal edilir.

Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-24° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25° isti olacağı gözlənilir.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gündüz 19-22° isti olacağı proqnozlaşdırılır.