logo

Paytaxtda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

19:16 25-10-2019 | icon 2233
Paytaxtda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Oktyabrın 24-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində yolu keçən R.Hacıyeva naməlum avtomobillə vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.