logo

Neft Fondu daha 5 ton qızıl alıb

17:48 25-10-2019 | icon 2387
Neft Fondu daha 5 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin üçüncü rübündə 5 tondan çox qızıl alıb.

YeniAvropa Neft Fondunun 2019-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 100,66 ton olub. İlin ikinci rübünün sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton idi. Beləliklə də, Neft Fondu bu ilin iyul-sentyabr aylarında 5,19 ton qızıl alıb.

Ümumilikdə, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 49,71 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 11,4 faizini, ABŞ dolları portfelinin isə 4 milyard 833,6 milyon dollarlıq hissəsi təşkil edir.