logo

Türkiyənin müdafiə naziri amerikalı həmkarı ilə görüşüb

16:59 25-10-2019 | icon 273
Türkiyənin müdafiə naziri amerikalı həmkarı ilə görüşüb

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar oktyabrın 25-də ABŞ-ın Müdafiə naziri Mark Esperi qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Akarla Esper Suriyadakı vəziyyəti, Fərat çayının şərqində Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə keçirdiyi antiterror əməliyyatı başda olmaqla müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.