Ruhani Bakıdan Vaşinqtona səslənib
İkiqütblü sistemin süqutundan sonra ABŞ birqütblü cəbhə yaratmağa çalışır. ABŞ media və digər güclərindən istifadə edərək dövlətlərə təzyiq edir. İnkişaf etməkdə olan dövlətlərin gücünün artması ABŞ-ın hegemonluğuna qarşı dirənişi nümayiş etdirir. ABŞ isə özünün hərbi gücünü artıraraq, dünyanın müxtəlif yerlərində münaqişələri təşviq edir. Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, biz əlimizdən gələni etməliyik ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq.
YeniAvropa xəbər verir ki, bu fikri İran prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Bakıda keçirilən Zirvə Görüşündə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, ABŞ-ın siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə və milyardlarla ABŞ dollarının sərf edilməsinə, bir çox problemlərin yaranmasına səbəb olub.
H.Ruhani hesab edir ki, ABŞ-a etibarın kəskin şəkildə azalması yeni liderlərin meydana gəlməsinə səbəb olub. O deyib ki, bununla da dövlətlər ABŞ əleyhinə çıxış etməyə başlayıblar: “Bu gün suverenliklər pozulur. Hərbi qütbləşmə, silah yarışı, regional qarşıdurmalar artmaqdadır. Bununla da beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə qarışılır.ABŞ məqsədlərinə nail olmaq üçün müxtəlif üsullara əl atır. Bu da kobud şəkildə özünü göstərir”.
Prezident əlavə edib ki, İran İslam Respublikası radikal qruplara qarşı BMT sessiyası zamanı bir sıra təkliflərlə çıxış edib: “Bu gün biz regional münaqişələrin şahidi oluruq: Suriyada, Yəməndə, Fələstində, Əfqanıstanda. Biz zəmin yaratmalıyıq ki, sülh təşviq edilsin. Qonşu ölkələrin sülh və sabitliyi İranın sülh və sabitliyi ilə bağlıdır”.
İran Prezidenti bir sıra təkliflərlə də çıxış edib: “ABŞ dollardan öz siyasi maraqları naminə istifadə edir. Bəzi dövlətlər sanksiya nəticəsində beynəlxalq bank əməliyyatları hüququndan məhrum edilib. Neqativ üsullara qarşı mübarizədə birgə səylər göstərə bilərik.
Biz alternativ və müxtəlif təşəbbüslər irəli sürə bilərik. Xüsusilə bank sistemi ilə bağlı. Kriptovalyutadan istifadə edə bilərik. Təhlükəsizlik və müstəqilliyə qarşı yönələn addımlardan biri də kibertexnologiyalar və sosial şəbəkələr vasitəsilə məkrli niyyətlərin həyata keçirilməsidir. Biz kibertəhlükəsizlik sahəsində xüsusi saziş də hazırlaya bilərik ki, bu cür təhdidlərə qarşı birgə mübarizə aparaq”.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib