logo

Venesuelanın prezidenti Nikolas Maduro Azərbaycana səfərə gəlib

18:57 24-10-2019 | icon 2233
Venesuelanın prezidenti Nikolas Maduro Azərbaycana səfərə gəlib

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.

 YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.