Prezident İlham Əliyev oktyabrın 24-də Dilarə Seyidzadənin təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin".
Xatırladaq ki, Seyidzadə Dilarə Bağır qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildən indiyədək Azərbaycan prezidenti Katibliyinin rəisi vəzifəsində çalışır, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur.
Sabah Dilarə Seyidzadənin 80 yaşı tamam olur.