logo

İran prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

13:15 24-10-2019 | icon 245
İran prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.